• $
  • €
  • ₽
  • ₺
  • £

Peşəkar Çövkən Liqasının açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib

Peşəkar Çövkən Liqasının açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib
20.05.2024 18:35

May ayının 20-də saat 12:00-da Binə Atçılıq Mərkəzində media nümayəndələrinin iştirakı ilə Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib.

Əvvəlcə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşəbbüsü ilə dünyada və Azərbaycanda ilk dəfə baş tutacaq Peşəkar Çövkən Liqası haqqında məlumat verilib, daha sonra komandalararası qarşılaşmaları müəyyən etmək məqsədilə püşkatma mərasimi keçirilib.

Bildirilib ki, 21 may 2024-cü il tarixində saat 13:45-də keçiriləcək açılış mərasimində milli atlarımızın iştirakı ilə 10 peşəkar Çövkən komandasının (Ağstafa Dilbaz, Elit, Embawood, Köhlən, Çövkən Qarabağ, Omar, Polad, Sərhədçi, Şirvan və Zəfər) mövsüm ərzində çempionluq uğrunda mübarizəsi başlayacaqdır. 

Tədbirdə Qarabağ atlarının bu il Böyük Britaniyada "Vindzor Kral Atçılıq Şousu”nda nümayiş etdirdiyi möhtəşəm şou-kompozisiyanın göstəriləcəyi və püşkatmanın nəticələrinə uyğun olaraq komandalar arasında birinci turun ilk iki oyununun keçiriləcəyi qeyd olunub. 

Xüsusi olaraq media nümayəndələrinin diqqətinə çatdırılıb ki, bu il keçiriləcək Prezident Kubokunun və yeni yaradılan Peşəkar Çövkən Liqasının (PÇL) qalibləri yeni ilin əvvəlində Superkubokda qarşılaşacaq və nəticəyə əsasən Azərbaycan çempionu elan ediləcək.

Əlavə olaraq Bakıda Beynəlxalq Çövkən Federasiyasına üzv ölkələrin komandalarının iştirakı ilə keçiriləcək dünya çempionatının tarixi və qaydaları açıqlanıb.

Sonda mətbuat nümayəndələrinin suallarına cavab verilib.
https://dsx.gov.az/news/1738

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol