• $
  • €
  • ₽
  • ₺
  • £

Ərzaq qiymətlərində baş verən artım bəzi ölkələrdə ərzaq qıtlığı təhlükəsini artırır- Lətif Qasımov

Ərzaq qiymətlərində baş verən artım bəzi ölkələrdə ərzaq qıtlığı təhlükəsini artırır- Lətif Qasımov
21.05.2024 11:37
Son illərdə ərzaq qiymətlərində baş verən artım bəzi ölkələrdə ərzaq qıtlığı təhlükəsini artırır. Bunu  Azərbaycan Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov  deyib. 

"Son illər enerji daşıyıcılarının istehsal vasitələrinin  qiymətlərinin artması, iqlim dəyişikliyi fonunda su ehtiyatlarının azalması və digər amillər səbəbindən ərzaq məhsullarının qiymətlərində artım baş verdi, bu da bəzi ölkələrdə ərzaq qıtlığı təhlükəsini artırır", - Qasımov mayın 21- də "Yaşıl dünya naminə" Bitki Sağlamlığı Forumunda çıxışı zamanı qeyd edib. 

O bildirib ki, Azərbaycan torpaq və su resursu məhdud olan ölkələrdəndir.  

"Torpaqların uzun müddət ənənəvi üsullarla becərilməsi, multikultral əkinçiliyin tətbiqi, iqlim dəyişmələrinin təsiri ilə torpaqların deqradasiyaya uğraması kənd təsərrüfatı məhsullarının istehsalını ciddi təzyiqlərə məruz qoyur. Buna görə də, mövcud və yarana biləcək çətinlikləri aradan qaldırılmasında qoruyucu resurs, mühafizəedici texnoloji əməliyyatların rəqəmsallaşdırılması ilə yanaşı yeni əkinçilik sisteminin tətbiq edilməsi, ekstremal şəraitlərə o cümlədən quraqlığa və bitki xəstəliklərinə qarşı dözümlü sortların yaradılması və yerli şəraitə uyğunlaşdırılması böyük əhəmiyyət kəsb edir", - Qasımov əlavə edib.
 
Aygün Mirakif

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol