Ötən il 630 min ha sahədə müşahidələr aparılıb

2023-cü ildə Azərbaycanda fitosanitar sabitliyin təmin olunması məqsədilə karantin və xüsusi zərərli orqanizmlərə qarşı 630 000 ha çox sahədə müşahidələr aparılıb. Bunu Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov deyib.
"Müşahidələrlə yanaşı 360 000 ha sahədə mübarizə tədbirləri həyata keçirilib. Eyni zamanda fermerlərin maarifləndirilməsi istiqamətində 318 təlim keçirilib, 35 adda müxtəlif məlumatlandırır materiallar hazırlanaraq onlara təqdim edilib" , - Cəfərov mayın 21- də "Yaşıl dünya naminə" Bitki Sağlamlığı Forumunda çıxışı zamanı qeyd edib.
www.anews.az

O həmçinin vurğulayıb ki, zərərvericilərə qarşı mübarizələrin düzgün və vaxtında aparılması üçün bioloji mübarizə vasitələrinin tətbiqi və təşviqi, ultra kiçik həcmli çiləyici avadanlıqlardan istifadə bitki sağlamlığı ilə yanaşı ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib