Dünyada çəyirtkə növləri risk faktoruna çevrilib - Cəfər Məhərrəmov

İtənilən çəyirtkə növləri dünyada risk törədən faktorlara çevrilib. Bunu Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov deyib.
"İllər keçdikcə Azərbaycanda iqlim dəyişikliyinin sərtləşəcəyi proqnozlaşdırılır. Temperaturun artması zərərli orqanizmləri dəyişikliyə məruz qoyur.
İstənilən zərərverici sərhəd tanımır. Bir ölkədə baş verən proses miqrasiya nəticəsində qonşu regiona yayıla bilir. İstənilən çəyirtkə növləri dünyəvi səviyyədə risk törədən faktorlara çevrilib. FAO-nun layihəsi çərçivəsində istər Asiya, istər Cənubi Qafqaz ölkələri məlumatları layihəyə daxil edirlər. Azərbaycanda da müəyyən ocaqlar var ki, biz buna öncədən hazırlaşırıq və mübarizə işləri təşkil edirik.
1950-60 -ci ildə tək şəkildə yaşayan çəyirtkələr artıq sürü formasında yaşıyırlar. Bu da iqlim dəyişikliyi səbəbindən baş verir. Səhra çəyirtkəsi yeni ərazilərə miqrasiya edir. Odur ki, biz də bu məsələlərdə ayıq olmalıyıq", - Məhərrəmov mayın 21- də "Yaşıl dünya naminə" Bitki Sağlamlığı Forumunda panel müzakirəsi zamanı qeyd edib.
O bildirib ki, X.fastitiosa bakteriyası artıq Avropa, Aralıq dənizi hövsəsində ciddi təhlükələrə səbəb olub.
www.anews.az

"Bu bakteriyanın Italiyada növbəti on illərdə ağaclar əkilməsə zeytun bağlarına 5.2 milyard Evro zərər vuracağı planlaşdırılır. Biz də bu riski gözə almalıyıq", - sədr müavini əlavə edib.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib