Məhkəmə Əziz Orucov barədə qərar verib

Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov və Şamo Eminin həbs müddəti bir ay uzadılıb.
Martın 19-da Səbail Rayon Məhkəməsinnin qərarı ilə 2023-cü i noyabrın 27-dən həbsdə olan "Kanal 13" İnternet TV-nin rəhbəri Əziz Orucovun həbs müddəti 2 ay uzadılıb.
Ötən il dekabrın 27-də də Səbail Rayon Prokurorluğu Əziz Orucovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib.
Səbail Rayon Məhkəməsində 2023-cü il noyabrın 28-də keçirilən prosesdə Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi qaldırılıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























