• $
  • €
  • ₽
  • ₺
  • £

Daxili İşlər Nazirliyi polis təhsilini necə həyata keçirir? - AÇIQLAMA

Daxili İşlər Nazirliyi polis təhsilini necə həyata keçirir? - AÇIQLAMA
21.05.2024 17:33
Bu gün Milli Məclisin iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik məlumatının müzakirəsində polis nəfərlərinin təhsil səviyyəsi ilə bağlı məsələlərə toxunularaq qeyd edilib ki, polis kollecləri yaradılmalı, polis olmaq istəyənlər xidmətə test üsulu ilə qəbul olunmalıdırlar.


Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenatı Elşad Hacıyev anews.az-ın sorğusuna cavab olaraq bildirib ki, kadr hazırlığında, o cümlədən əməkdaşların ixtisas artırmasının və yenidən hazırlığının həyata keçirilməsi sahəsində son illər mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla mühüm tədbirlər görülmüş, yeniliklər tətbiq olunmuş və müvafiq fəaliyyətin praktiki icrasında Polis Akademiyasının xüsusi rolu var.
 
"Xüsusi təyinatlı bu təhsil müəssisəsi bu gün ən müasir maddi-texniki baza ilə təmin edilib, orada yeni tədris korpusları və laboratoriyalar istifadəyə verilib. Akademiyada tədris yüksək ixtisaslı, peşəkar müəllim heyəti tərəfindən həyata keçirilir və bu işə həmçinin respublikanın tanınmış müəllimləri cəlb edilirlər. Kursantlara hüquqi biliklərlə yanaşı kriminalistika, kriminologiya, müasir informasiya texnologiyaları, insan hüquqlarının təminatı, məntiq fənləri tədris olunur.  Akademiya üçün kursant seçiminə də xüsusi həssaslıqla yanaşılır. Seçim 2020-ci ildən başlayaraq orta məktəblərin təhsildə yüksək nəticələri olan, fiziki hazırlığı müvafiq tələblərə cavab verən, polis peşəsini sevən 9-11-ci sinif şagirdlərinin sırasından aparılır və namizədlərin hər biri Daxili İşlər Nazirliyinin himayəsinə götürülərək diqqət və qayğı ilə  əhatə olunurlar. Akademiyanı bitirən yüzlərlə kursant bu gün daxili işlər orqanları ilə yanaşı, ölkəmizin müxtəlif hüquq mühafizə strukturlarında xidmət edir, eləcə də məhkəmə sistemində, Vəkillər Kollegiyasının sıralarında və digər mötəbər qurumlarda çalışır", - açıqlamada deyilir. 


Hacıyev qeyd edir ki, polis orqanlarının bütün əməkdaşları, o cümlədən rəhbər heyət üçün xüsusi proqram əsasında Polis Akademiyasında ixtisasartırma kursları təşkil edilir və kursun sonunda imtahanlarda yüksək nəticə göstərənlər vəzifədə irəli çəkilirlər.


"Polis nəfəri vəzifəsində xidmətə qəbul edilən gənclərin seçimi isə, şəxsən daxili işlər nazirinin iştirakı ilə keçirilməklə bu zaman ali təhsillilərə üstünlük verilir. Xidmətə qəbul müsahibənin və test imtahanlarının nəticələrinə əsaslanmaqla namizədlər öncə 4 aylıq təlim-tədris kurslarına  cəlb edilir və həmin kursları uğurla bitirdikdən sonra vəzifələrə təyin olunurlar. Məhz bu cür seçimlə polisdə xidmətə qəbul edilmiş gənclərin sayı hazırda minlərlədir.  Polis əməkdaşlarının hazırlıq səviyyəsinin daha da yüksəldilməsi və təkmilləşdirilməsi məqsədilə artıq üçüncü ildir ki, Nazirlik sistemində Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir.Görülmüş bu və başqa təşkilati tədbirlər sıravi və rəis heyətindən olan bütün əməkdaşların təhsil səviyyəsinin, dünyagörüşünün, qavrayışının və xidmət üçün vacib olan sair xüsusi keyfiyyətlərinin daim yüksək səviyyədə saxlanılmasını təmin etmiş və müvafiq istiqamətdə fəaliyyət məqsədyönlü surətdə davam etdirilir", - DİN rəsmisi vurğulayıb. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol