Jurnalist Nərgiz Absalamovanın şikayəti təmin olunmayıb

Bakı Apellyasiya Məhkəməsi "Abzas Media”nın əməkdaşı Nərgiz Absalamovanın ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət təmin etməyib. Bu barədə məhkəmə qərarında bildirilib.
Absalamova "Abzas Media” internet nəşrinin pul qaçaqmalçılığı ittihamı ilə həbs edilən 6 jurnalistindən biridir.
Bundan əvvəl, qurumun direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekelov və baş redaktoru Sevinc Vaqifqızı eyni cinayət maddəsi ilə həbs olunublar.
Noyabrın 21-də Bakının Xətai Rayon Məhkəməsində AbzasMedia-nın redaktoru Sevinc Vaqıfqızı haqqında 3 ay 29 gün, medianın təsisçisi Ülvi Həsənli barəsində isə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan əvvəl ABŞ Dövlət departamenti "Abzas Media"nın jurnalistlərinin həbsinə münasibət olaraq Azərbaycan hökumətini ölkədə hüquq və azadlıqlara hörmət etməyə çağırıb.
AbzasMedia 2014-cü ildən fəaliyyət göstərir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib