• $
  • €
  • ₽
  • ₺
  • £

Nəqliyyat Nazirliyi ölkədəki avtovağzallarda yoxlamalara başlayır

Nəqliyyat Nazirliyi ölkədəki avtovağzallarda yoxlamalara başlayır
16.02.2014 18:30

“Rayonlarda fəaliyyət göstərən avtovağzallarda ciddi yoxlamalar aparılacaq. Artıq bununla bağlı qanunda  nəzərdə tutulan standartlara cavab verməyən avtovağzal sahiblərinə ciddi xəbərdarlıq edilib”.

 Bunu APA TV-yə açıqlamasınada Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib. Onun sözlərinə görə, son illərdə avtovağzalların şəraitsizliyi ilə bağlı nazirliyə  regionlardan şikayətlər daxil olub.

 

Bunu yerində araşdırmaq üçün artıq Nəqliyyat Nazirliyində xüsusi yoxlama qrupları yaradılıb: "Rayonlarda fəaliyyət göstərən avtovağzallar özəldir. Lakin buna baxmayaraq həmin sahibkarlar fəaliyyət göstərmək üçün icazəni Nəqliyyat Nazirliyindən alırlar. Hazırda nazirlik tərəfindən həmin avtovağzalların pasportlaşdırılması prosesi həyata keçirilir. Əgər həmin avtovağzallar nazirliyin müəyyən etdiyi tələblərə cavab verməsə, avtovağzal şəraitinə uyğun gəlməyən avtovağzallara pasport verilməyəcək. Pasportsuz avtovağzal lisenziyasız taksi kimidir, yəni qanunsuzdur".  

 

 

    Namiq Həsənov deyir ki, aparılan araşdırmalar zamanı məlum olub ki,  bir sıra rayonlarda fəaliyyət göstərən avtovağzallar nəyinki avtovağzal standartlarına cavab vermir,  hətta sadəcə avtostansiya kimi də fəaliyyəti qənaətbəxş hesab edilmir. Belə avtostansiya və avtovağzalların gələcək  fəaliyyəti sual alında ola bilər: " Elə avtovağzallar var ki, sadəcə avtostansiyadır amma avtovağzal kimi fəaliyyət göstərir hansı ki, heç orda avtostansiya üçündə şərait də yoxdur. Bu cür qanun pozuntuları araşdırılacaq və onlara pasport verilməyəcək. Hətta onların gələcək fəaliyyəti sual altında qala bilər."

 

   Qeyd edək ki, aparılacaq yoxlamalar rayon və şəhərlərdə fəaliyyət göstərən həm özəl, həm də dövlətin nəzdində olan avtovağzallarda həyata keçiriləcək.  

APA

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol