Əfv Komissiyasının iclasları başa çatıb, 700-dən çox müraciətə baxılıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.Bu barədə "Qafqazinfo”ya Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
Əliməmməd Nuriyev bildirib ki, sayca altıncı olan sonuncu iclasda 100-dən çox müraciətə baxılıb. Toplam baxılan müraciətlərin sayı 700-ü keçib. Bundan sonra komissiya üzvlərinin rəyləri qanuna müvafiq qaydada Prezidentə təqdim ediləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























