• $
  • €
  • ₽
  • ₺
  • £

"Məktəblinin Dostu" layihəsi olan məktəblərdə 13 min uşağa ilkin yardımlar göstərilib

"Məktəblinin Dostu" layihəsi olan məktəblərdə 13 min uşağa ilkin yardımlar göstərilib
24.05.2024 10:56
2016-2024 -cü illərdə  "Məktəblinin Dostu" layihəsinin tətbiq olunduğu məktəblərdə 13 min uşağa ilkin yardımlar göstərilib. Bunu Elm və Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib. 

"Bu 8 illik göstəricidir. Layihə çərçivəsində uşaqlara 3100 dəfə təcili tibbi yardım göstərilib, şagirdlər arasında 20 min münaqişənin qarşısı alınıb. "Məktəblinin Dostu" layihəsi çərçivəsində bizim Psixoloji mərkəzimiz də fəaliyyət göstərir ki, məktəb psixoloqları hər hansı bir məsələ olduğu təqdirdə şagirdləri bura yönləndirir. Bu illər ərzində 3500 uşaq psixoloqa müraciət edib, onların 3000 i ilə konsultasiyalar aparılıb" , - Ağayev mayın 24-ü "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması :imkanlar və perspektivlər" elmi -praktiki konfransında çıxışı zamanı qeyd edib. 
 
Ağayevin sözlərinə görə, qurumlar arasında komunikasiyaların  təkmilləşməsi daha effektiv işlərin görülməsində böyük rol oynayır. 

"Uşaqları idmana cəlb etmək, onların qəhramanlarının düzgün seçilməsində iş aparılmalıdır. Bu istiqamətdə də işlər görməliyik. Təhsil Nazirliyi olaraq biz müxtəlif preventiv işlərin görülməsi təmin edirik. 2 gün əvvəl təhsil verənlərin etik qaydaları qəbul edildi bu da işə öz töhfəsini verəcək. Biz Baş İctimai Təhlükəsizlik İdarəsi ilə məktəblərdə polis əməkdaşlarıyla monitorinq işlərinə başlamışıq. Bu hazırda Bakı və Gəncədə aparılır. Sentyabrdan bu iş genişləndiriləcək", - o söyləyib. 

Onun sözlərinə görə, məktəbli hər uşağın yanına psixoloq, polis qoymaq mümkün deyil. 

"Risk qrupuna daxil olanlar barəsində məlumatlar hazırlanır. Biz bunun icrasına başladıq. Bakı Sumqayıta bu işlər davam etdirilir", - Ağayev deyib

Aygün Mirakif

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol