• $
  • €
  • ₽
  • ₺
  • £

Üç ayda baş verən cinayətlərin 0,6%-i yetkinlik yaşına çatmayanlar tərəfindən törədilib - DİN

Üç ayda baş verən cinayətlərin 0,6%-i yetkinlik yaşına çatmayanlar tərəfindən törədilib - DİN
24.05.2024 11:18
2024-cü ilin yanvar-martında baş verən cinayətlərin yalnız 0,6% yetkinlik yaşına çatmayanlar tərəfindən tərədilib. Bunu Daxili işlər nazirinin müavini polis general-leytenant Oqtay Kərimov deyib. 

"Cari ilin 3 ayında valideyn nəzarətindən, ictimai təsir vasitələrindən habelə pedoqoji mühitdən kənarda qalan, eləcə də müxtəlif qanun pozuntularına görə polis mərkəzlərinə 1513, o cümlədən avaralıq və dilənçiliklə məşğul olan 93 azyaşlı gətirilib, hər biri barəsində qanunvericiliyə və normativ hüquqi aktlara uyğun tədbir görülüb.  

2024-cü ilin 3 ayı ərzində uşaqların təlim tərbiyəsi vəzifəsini yerinə yetirməyən valideyn və ya onları əvəz edən 78, yetkinlik yaşına çatmayan şəxsləri spirtli içki və ya tütün məmulatları satan 341, yetkinlik yaşına çatmayan şəxsləri avaralığa cəlb edən 22şəxs, avara va dilənçliklə məşğul olan 93 uşaq barəsində İnzibati Xətalar Məcəlləsinin 189, 455.2. 523.1, 523.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokollar tərtib edilib", - mayın 24-ü "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" elmi -praktiki konfransında çıxışı zamanı qeyd edib.
 
O bildirib ki, cari ilin son 3 ayında yetkinlik yaşına çatmayanlarla bağlı 18 intihara cəhd qeydə alınıb, onlardan 15-i ölümlə nəticələnib. 
 
"Ölkəmiz üçün xarakterik olmasa da, yetkinlik yaşına çatmayanların insan alverinin qurbanlarına çevrilməsinə, erkən nikah, sosial şəbəkələrdə kriminal həyat tərzinin təbliği, məktəblilərin soyuq silah, silah qismində olan əşyalardan istifadə etməklə cinayət törədməsi, elektron qəlyandan istifadə etməsi ilə bağlı preventiv tədbir gücləndirilməlidir. Göstərilən istiqamətdə aidiyyatı dövlət qurumları və vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqə istiqamətində tədbirlər görülməli, maarifləndirmə işlərinin əhatəliliyi daha da genişləndirilməlidir. Bununla əlaqədar olaraq mayın əvvəllərindən Elm və Təhsil Nazirliyi ilə birgə Bakı və Gəncədə monitorinqlərin aparılması və yeni tədris ilindən Respublikanın bütün inzibati vahidlərini əhatə etməsi, həmçinin yetkinlik yaşına çatmayanlar "Təmiz şəhər, təbiəti qoruyaq, təbiəti qoruyaq" başlıqları ilə iməcliklərə, tədbirlərə cəlb etməklə onların sosial aktivliyini artırmaq təqdirəlayihdir.  ", - o əlavə edib. 
 
Aygün Mirakif

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol