Azərbaycanda 17 minə yaxın şəxs qızılca peyvəndi vurdurub- RƏSMİ

Azərbaycanda 17 minə yaxın şəxs qızılca peyvəndi vurdurub. Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Ötən ilin sonundan etibarən ölkə ərazisində 11-40 yaşlı əhali qruplarının qızılca xəstəliyindən müdafiə məqsədilə peyvəndlənmə işləri həyata keçirilir.
"Əhalinin sağlamlığının qorunması və yoluxmaların, həmçinin xəstəliyin ağırlaşmalarının və ölüm hallarının qarşısının alınması məqsədilə əks-epidemik, profilaktik tədbirlər çərçivəsində 10 yaşadək uşaqların Milli Peyvənd Proqramına əsasən peyvəndlənməsi ilə yanaşı, 11-40 yaşlı əhali arasında da peyvəndlənmə tədbirləri aparılır. Ümumilikdə isə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 16.699 nəfər QPM (qızılca, parotit, məxmərək) və QM (qızılca, məxmərək) peyvəndi olub",- məlumatda bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























