Ələsgər Məmmədlinin vəsatəti təmin olunmayıb

Xətai Rayon Məhkəməsində Media eksperti, "Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması üçün verilən vəsatət təmin olunmayıb.Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.
Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunub. Bu barədə onun qardaşı Nəsimi Məmmədli Turan-a müsahibəsində bildirib.
Nəsimi Məmmədli qardaşının səhhətində təcridxanada müayinələrin mənfi dəyişiliklərin təsdiq olduğunu əsas gətirərək bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdiklərini açıqlayıb.
Nəsimi Məmmədli qardaşının səhhətində təcridxanada müayinələrin mənfi dəyişiliklərin təsdiq olduğunu əsas gətirərək bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdiklərini açıqlayıb.
Martın 8-də Ələsgərli Məmmədli "Toplum" Tv işi ilə bağlı saxlanılıb. Onun evindən 60 min avronun çıxdığı bildirilib. Ələsgər Məmmədli Cinayət Məcəlləsinin 206.3.2 (şəxslərin qabaqcadan razılığı ilə qaçaqmalçılıq) maddəsi ilə ittiham olunub. Xətai Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Bununla yanaşı Toplum TV işi ilə bağlı Demokratik Təşəbbüslər İnustunun əməkdaşı Müşfiq Cabbarov, Demokratik Təşəbbüslər İnstitutunun üzvü Əli Zeynalov, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və Toplum Tv-nin iki əməkdaşı Ramil Babayev və İlkin Əmrahov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























