Məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu müvəqqəti dayandırılır

Yeni qrupların komplektləşdirilməsi, həmçinin 2024-2025-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq məqsədilə mayın 24-dən etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılmasında fasilə yaranacaq, sistemə giriş müvəqqəti olaraq məhdudlaşacaq.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinin 2024-cü ilin iyul ayından etibarən başlaması planlaşdırılır.
Bununla bağlı geniş məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























