Apellyasiya Komissiyası 580 şagirdin yazı işinə düzəliş edib

Martın 3-də və 10-da keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 10496 şagird 29966 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.Bu barədə DİM-dən məlumat verilib.
Edilən bütün müraciətlər araşdırılıb, haqlı qeydlər nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə şagirdlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib.
Qeyd edək ki, bununla bağlı (apellyasiya prosesinin başa çatması ilə bağlı) şagirdlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə SMS məlumat göndərilib.
Apellyasiya Komissiyası tərəfindən düzəliş edilən halların (iki imtahan üzrə birlikdə bütün yazı işlərinin 0,08 faizi) 514-ü yerdəyişmə halları (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), 45-i şagirdin xəttinin çətin oxunması, 21-i cavab vərəqində yazı işinin yerinə yetirilməsi üçün nəzərdə tutulan çərçivədən kənara çıxma halları, qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən səhvlərlə bağlıdır.
Müsbət həll olunan işlərlə bağlı müvafiq düzəlişlər iyunun 3-4-də şagirdlərin rəsmi imtahan nəticələri ilə bağlı səhifələrində öz əksini tapacaq.
Martın 3-də və 10-da keçirilmiş imtahanlarda ümumilikdə 105000-dən çox şagird iştirak edib və bu şagirdlər 2,5 milyondan çox yazı işi yerinə yetiriblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























