Bəzi rayonlara leysan yağıb - Faktiki hava

Mayın 26-sı saat 9:00-a olan məlumata əsasən mayın 25-də ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir yağıntılı olub, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.
Düşən yağıntının miqdarı Lerikdə 7 mm, Tovuz, Qusarda 4 mm, Bərdə, Ağstafa, Ceyrançöl, İsmayıllı, Yardımlı, Şəki, Ağdam, Şahbuz, Qrız, Şabran, Ağsu, Göyçay, Şahdağ, Tərtər, Yevlax, Zərdab, İmişli, Sabirabad, Yardımlı, Biləsuvar, Astara, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ, Qobustan, Ordubad, Culfa, Gədəbəy, Şəmkir, Gəncədə 3 mm, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Sumqayıt, Daşkəsən, Qax, Balakən, Gədəbəy, Qusar, Göyçay, Lerik, Qrız, Şahdağda duman müşahidə olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























