• $
  • €
  • ₽
  • ₺
  • £

"Vikipediya" azərbaycanlılara girişi bağladı

"Vikipediya" azərbaycanlılara girişi bağladı
15.02.2014 13:53
Rusdilli "Vikipediya"da (oxucular tərəfindən yaradılan virtual ensiklopediya) Azərbaycan kəndi İlisunun mənşəyi haqqında qızğın mübahisə başlayıb.Azərbaycanın Qax rayonunda, respublikanın şimal-qərbində, Bakıdan 420 kilometr məsafədə yerləşən İlisu kəndi məşhur yay kurortu kimi şöhrəti qazanıb. İlisu Böyük Qafqazın meşəli dağlarının arasında, dərədə yerləşir. İlisu əhalisi türk sözləriylə bol olan özünəməxsus Azərbaycan dilində danışır. Eyni sözlərdən (qafa – baş, kolay – asan) Türkiyədə və İlisuda çox istifadə olunur. Ümumiyyətlə, ölkənin başqa regionlarından fərqli olaraq bu kənddə nadir sözlərlə dolu nitqə rast gəlinir.İlisu haqqında səhifəni ruslar yaradıb, onların yerləşdirdiyi mətnə əsaslansaq , bu kəndin mənşəyinin yalnız saxurlar olduğunu nümayiş etdirmək məqsədi daşıdığını görərik (saxurlar – Rusiyanın Şimali Qafqaz xalqlarından biridir). Yəni onların fikrincə, bu kəndin ilk sakinləri və yaradıcıları saxurlar olublar. Bu mövzuda müzakirələrdə iştirak edən, Qax Rayon Məktəbində coğrafiya müəllimi olan Namiq Mantaşev ANN.Az-a məlumat verib."Mən "Vikipediya"nın imkanlarından yararlanaraq İlisunun türk mənşəyi haqqında öz məqalələrimi yerləşdirdim. Amma az sonar bu resursun administratorları rusların yerləşdirdiyi mətndə dəyişiklik etməyimə imkan verməmək üçün mənim sayta girişimi bağladılar. Böyük zəhmət hesabına olsa da, İlisu haqqında səhifədə toponimlər barədə fəsil yaratmağı bacardım. Bununla belə, indi İlisu haqqında məqalələrlə tanış olan resursun ziyarətçiləri elə hesab edəcəklər ki, kəndin əsasını orada yaşayan, sonra isə azərbaycanlılaşan saxurlar qoyublar", - coğrafiyaçı Mantaşev ANN.Az-a belə dedi.O "Vikipediya"nın azərbaycanlı istifadəçilərini ölkəmizin milli maraqlarının müdafiəsində fəal olmağa və "Tarix" adlandırılan virtual ensiklopediyaya tez-tez baş çəkməyə çağırır: “Vikipediya”  çox əhəmiyyətli beynəlxalq informasiya resursudur, bizim düşmənlərimiz  artıq uzun illərdir ki, dünyada anti-Azərbaycan ovqatın yaranması üçün bundan istifadə edirlər. Bu cür hörmətli resursun belə ikili standartlar tətbiq etməsi məndə çox böyük təəssüf hissi doğurur”.Kamal ƏliANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol