Şimşək çaxıb, yağış yağıb -Faktiki hava

Mayın 27-si saat 10:00-a olan məlumata əsasən mayın 26-sı bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Gecə və səhər əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Düşən yağıntının miqdarı Gədəbəydə 6 mm, Zaqatala, Balakəndə 5 mm, Culfa, Şahbuz, Şahdağ, Göygöl, Naxçıvan, Ordubad, Daşkəsən, Şəmkir, Tovuz, Qəbələ, Qobustan, Sabirabad, Cəfərxan, Yardımlıda 4 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən, Zaqatala, Qrız, Lerik, Pirallahı, Binə, Neft Daşları, Çilov adasında duman müşahidə olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























