COP29-da iqlimin maliyyələşməsi məsələləri müzakirə olunacaq - Nigar Arpadarai

COP29-da iqlimin maliyyələşməsi məsələləri müzakirə olunacaq. Bunu deputat Nigar Arpadarai deyib.
"COP29-un müsbət təsirləri hiss olunacaq. Azərbaycanda keçirilməsi bir hadisədir. Bu ölkə üçün uğurdur. Qlobal iqlim dəyişikliyi ilə bağlı dövlətlərin bir araya, gəlib öhdəlik götürməsi əsas şərtlərdəndir. İqlimin maliyyələşməsi əsas müzakirə mövzusu olacaq. Burda trillonlardan söhbət gedir. Kiçik ada dövlətləri deyir ki iqlimdə baş verən fəaəsadları hiss edirik, böyük ölkələr isə deyir ki, mexanizmlər olmalıdır. Kompleks bir məsələdir",- Arpadarai mayın 27-də "Yaşıl Artım" siyasətinin gündəliyi adlı konfransda çıxışı zamanı deyib.
Deputat hesab edir ki, ölkələrin bir araya gəlməsi üçün Azərbaycan bərabərlik platforması olacaq və bu istiqamətdə sürətli işlər aparılır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























