• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda BOKT-un xalis mənfəəti azalıb

Azərbaycanda BOKT-un xalis mənfəəti azalıb
27.05.2024 13:52
2023-cü ildə "Premier Kredit” bank olmayan kredit təşkilatının (BOKT) xalis mənfəəti 28 min 258 manat olub, bu da əvvəlki illə müqayisədə 44,5% azdır. Bu barədə BOKT-un 2023-cü il üzrə maliyyə hesabatında qeyd olunub. 
 
 Hesabat zamanı təşkilatın faiz gəlirləri 331,8 min manat, faiz xərcləri isə 160 min manat olub, bununla da o 171,9 min manat xalis faiz gəlir əldə edib.
 
2023-cü ildə təşkilatın cəmi aktivləri 2 milyon 236 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 61,5% və ya 899,2 min manat çoxdur. 
 
Hesabat dövründə təşkilatın müştərilərə 2 milyon 139,5 min manat kredit verib ki, bu da əvvəlki illə müqayisədə 62% artım deməkdir.
 
Ötən il təşkilatın cəmi öhdəliklərinin həcmi 2 milyon 12,7 min manat təşkil edib, bu da 2022-ci illə müqayisədə 73,4% və ya 852,2 min manat çoxdur.

2024-cü il yanvar ayının 1-nə "Premier Kredit”in cəmi kapitalı 348 min manata bərabər olub ki, bu da illik müqayisədə 15.6% çoxdur.
 
"Premier Kredit BOKT" MMC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 01 noyabr 2014-cü il tarixli 06-03655-2014 №-li kreditlərin verilməsi üçün xüsusi razılıq (lisenziya) əsasən 2014-cü il  dekabrın 1-i tarixindən fəaliyyət göstərir.

Təşkilat müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir və zamanla bu xidmətlərin siyahısını genişləndirməyi qarşısına məqsəd qoyub.

 
Aygün

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol