• $
  • €
  • ₽
  • ₺
  • £

Ruben Vardanyanın məhkəmə qərarından şikayəti təmin edilməyib

Ruben Vardanyanın məhkəmə qərarından şikayəti təmin edilməyib
27.05.2024 14:06
Bakıda həbsdə olan qondarma Dağlıq Qarabağ Respublikasının "dövlət naziri” olan Ruben Vardanyanən həbs müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən şikayət təmin edilməyib. Bu barədə Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə zamanı qərar verilib. 
 
Mayın 16-da Bakıda həbsdə olan qondarma Dağlıq Qarabağ Respublikasının "dövlət naziri” olan Ruben Vardanyanın həbs müddəti Səbail Rayon Məhkəməsinin qərarı 5 ay uzadılıb. 
 
Bundan öncə yanvarın 25-də onun həbs müddəti 4 aylıq uzadılıb. 

Erməni mətbuatında Ruben Vardanyan aprelin 5-dən  aclıq aksiyasına başladığı söylənilib.

2023-cü il sentyabrın 27-də Azərbaycanın sərhəd xidməti Ruben Vardanyanı Qarabağdan Ermənistana qaçmaq istəyərkən saxlayıb və barəsində  həbs qətimkan tədbiri seçilib.
 
Vardanyan bir neçə maddə üzrə, o cümlədən terrorçuluğu maliyyələşdirmə, qanunsuz silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirakda ittiham olunur. Onu 14 ilə qədər həbs gözləyir.

Ruben Vardanyan "Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi, Skolkovo biznes məktəbinin təsisçisidir. O, Forbes jurnalına görə, Rusiyanın ən varlı adamları siyahısına daxil edilib.
 
2022-ci ilin sentyabrında Vardanyan Rusiya vətəndaşlığından imtina edib və Xankəndinə gələrək separatçl rejimə rəhbərlik etməyə başlayıb.  O, 2022-ci ilin noyabrından 2023-cü ilin fevralına kimi qondarma Dağlıq Qarabağ Respublikasının hökumət başçısı olub.
 
Vardanyanın oğlu bildirib ki, "onun yanvarda gözlənilən məhkəməsi maya  təxirə salınıb”.

Hazırda Vardanyan, qondarma rejimin keçmiş "liderləri” ilə birlikdə Bakıda həbsdədir. Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.
 
 Aygün

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol