• $
  • €
  • ₽
  • ₺
  • £

Qızlarına qarşı əxlaqsız hərəkətlər edən ataya 2 il 2 ay həbs cəzası verilib

Qızlarına qarşı əxlaqsız hərəkətlər edən ataya 2 il 2 ay həbs cəzası verilib
27.05.2024 14:23
Abşeronda yaşadıqları evdə iki qızına qarşı əxlaqsız hərəkətlər etmiş Natiq Zamnov 2 il 2 ay müddətinə həbs edilib. Bu barədə Abşeron Rayon Məhkəməsində qərar verilib. 
 
Ona Cinayət Məcəlləsinin 153.3-cü (16 yaşa çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər onu tərbiyə etmək vəzifəsi daşıyan şəxs tərəfindən törədildikdə) maddəsi ilə iş açılmış Natiq Zamanova (ad-soyad şərtidir) hökm oxunub.

Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə N.Zamanov törətdiyi əməlləri etiraf edib və özünü təqsirli bilib. Onun valideyn kimi himayəsində yaşayan yetkinlik yaşına çatmayan qızlarını tərbiyə etmək vəzifəsini daşımasına baxmayaraq, cəmiyyətdə qəbul edilmiş əxlaq normalarını və qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yaşadığı evdə zor tətbiq etmədən 2 övladına qarşı əxlaqsız hərəkətlər törətməsi qeyd edilib. 

Məlum olub ki, qızlar təhsil aldıqları orta məktəbdə psixoloqla söhbət zamanı atalarının əməlləri barədə danışıblar. Daha sonra direktora bu barədə bildirilib və yeniyetmələrin anası məlumatlandırılıb.

Məktəbdən Abşeron RİH-yə və oradan sığınacağa göndərilən qızlar bir müddət psixoloji yardım alıblar.

Məhkəmədə hər iki qız və anaları Natiqdən şikayətçi olmadıqlarını və onunla barışdıqlarını bildiriblər.

Abşeron Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə N.Zamanova 2 il 2 ay həbs cəzası verilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol