Sağlamlığı məhdud olanların təhsilində beynəlxalq təcrübədən istifadə edilməlidir-Deputat

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili istiqamətində beynəlxalq təcrübədən istifadə edilməsi vacibdir. Bunu deputat Rəfail Hüseynov deyib.
"Vaxtilə bu kateqoriyadan olan şəxslərin maariflənməsi üçün məhşur şəxslər prosesə cəlb olunurdu. Rəqəmsallıq olmayan dövrlərdə yazıçıların və digər şəxslərin adından kasetlər hazırlanırdı. Son neçə ildə bizdə bu istiqamətdə gerilmələr var. Beynəlxalq təcrübədən istifadə edilməsi vacibdir. Avropada qəbul olunan bu tövsüyələr 47 ölkədə icra olunur. Bizim ölkədə də bu praktikadan istifadənin zamanı çatıb",- deputat mayın 27-də "Sağlamlıq imkanları məhdud şəxslərin(xüsusi təhsil) haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat təklif edib ki, Elm və Təhsil Nazirliyinin bu istiqamətində müzakirələrin aparılmasına ehtiyac var.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























