Mustafa Abbasbəyli başqa işə keçməsi ilə bağlı vəzifəsindən azad olunub - Rəsmi

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli başqa işə keçməsi ilə əlaqədar işdən azad edilib. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Bildirilib ki, yeni təyinatla bağlı yaxın zamanda məlumat veriləcək.
Yerli mətbuatda Mustafa Abbasbəylinin Mədəniyyət Nazirliyində fəaliyyətini davam etdirilməsi ilə bağlı xəbər yazılıb.
Abbasbəyli 2020-ci ildən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























