• $
  • €
  • ₽
  • ₺
  • £

NAYORA Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

NAYORA Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirib
28.05.2024 15:25
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) 28 May – Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirib.
 
Gənclər təşkilatlarının nümayəndələri və tələbələrin iştirakı ilə Fəxri xiyaban və Şəhidlər xiyabanına, Bakı Türk Şəhidliyi abidəsinə yürüş təşkil olunub. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, abidəsinə gül dəstələri düzülüb.
Daha sonra Şəhidlər xiyabanına və Bakı Türk Şəhidliyi abidəsinə ziyarət edilib. Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın, eləcə də Türkiyə əsgərlərinin xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.
 
Bundan sonra isə gənclər təşkilatları rəhbərləri ilə İstiqlal bəyannaməsi abidəsinə ziyarət baş tutmuşdur.
 
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və "Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində 28 May – Müstəqillik Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib. Tədbir zamanı milli istiqlal tariximizin şanlı səhifəsi, müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, həmin dövrdə aparılan islahatlar və baş verən tarixi proseslər haqqında danışılıb. Həmçinin, qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda növbəti dəfə hakimiyyətə gəlməsi ilə müstəqil Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yarandı və elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesinə başlandı.
 
NAYORA-nın təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunmuş panel müzakirələr baş tutub. Tarixçi alimlər, hərbi veteranlar və gənclərin iştirakı ilə baş tutan müzakirələr zamanı Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, həmçinin, şərqdə ilk demokratik dövlətin yaranmasında misilsiz töhfələri olan qəhrəmanlarımızın həyat və fəaliyyəti haqqında müzakirələr edilib.
 
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə "Tarixi mirasın təbliği” adlı ekskursiya təşkil edilib. Ekskursiya zamanı gənclərə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, demokratik dövlət yaratmaq uğrunda mübarizə, bu müddət ərzində üzləşilən çətinliklər və mübarizə üsulları haqqında məlumat verilib. Həmçinin, Azərbaycanın zəngin tarixini özündə ehtiva edən memarlıq abidələri ziyarət olunub.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol