“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı

Ənənəvi olaraq, sərfəli operator kimi tanınan "Nar”
sosial layihələri ilə də cəmiyyətə töhfə verməyə davam edir. Bu layihələr
sırasında inklüziv cəmiyyət qurmağa yönələn və beynəlxalq mükafata layiq görülən
jestdili.az elektron jest dili lüğəti xüsusi önəm daşıyır.
"Nar”ın dəstəyi ilə ADA Universitetinin tələbələrinin bu
ilin əvvəlində yenilədiyi saytda son üç ayın nəticələrinə əsasən istifadəçi
sayı ikiqat artıb. Daha bir statistik göstəricəyə görə isə saytda ən çox
axtarılan ifadələr "salam”, "ata” və "ana” sözləridir. Sayta marağın artmasının
səbəblərindən biri universitetin tələbələrinin təşəbbüsü ilə istifadəçi
rahatlığını təmin etmək üçün saytın interfeysinin, dizaynının və axtarış
sisteminin təkmilləşdirilməsi və bir çox digər funksiyalarla zənginləşdirilməsidir.
Layihənin digər tərəfdaşı olan "Karlara Dəstək” İctimai
Birliyinin sədri Kamran Abasov Azərbaycan jest dilini tamamilə pulsuz öyrənməyə
imkan verən resursun yalnız eşitmə və nitq məhdudiyyətli şəxslər üçün
olmadığını bildirir: "Dörd ildir, fəaliyyət göstərən jestdili.az saytına maraq
gündən-günə artmaqdadır. Bu sayt təkcə nitq və eşitmə məhdudiyyətlilər üçün
olmadığından hər kəs buradan tam ödənişsiz olaraq faydalana bilər. Hesab edirəm
ki, biz bir-birimizi daha yaxşı anlamaqla məhdudiyyətləri aşa və inklüziv cəmiyyət
qura bilərik”.
Qeyd edək ki, daim təkmilləşdirilən elektron lüğət
hazırda 4000 sözün və 500 çox işlənən cümlələrin video izahını təqdim edir. 2023-cü
ildə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosasiyası (IPRA) jestdili.az layihəsini
əsas götürərək "Nar”ı ən yaxşı korporativ məsuliyyət nominasiyasında birinci
yerə layiq görüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























