Rusiya aviaşirkəti Minvodıdan Gəncəyə uçuşlara başlayacaq

Rusiyanın "Azimut” aviaşirkəti iyunun 13-dən Mineralnıye Vodı – Gəncə istiqamətində uçuşlara başlayacaq.Bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov sosial şəbəkələrdə yazıb.
"Stavropol diyarında hava əlaqələrinin coğrafiyasını genişləndiririk. Biz Mineralnıye Vodı hava limanından yeni marşrut açırıq. İyunun 13-dən etibarən Azərbaycanın ən böyük şəhərlərindən biri olan Gəncəyə "Azimut” Hava Yollarının həftəlik birbaşa reysi başlayacaq”, – o bidirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























