• $
  • €
  • ₽
  • ₺
  • £

Bu günə qədər 140 min hektar ərazi minadan təmizlənib - Prezident

Bu günə qədər 140 min hektar ərazi minadan təmizlənib - Prezident
30.05.2024 11:30
Bu günə qədər işğaldan azad olmuş rayonlarda 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatdan təmizlənib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanda keçirilən "Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib. 
 
O bildirib ki, minalanmış ərazilər minadan təmizlənən ərazilərdən daha genişdir. 
 
Prezident həmçinin bildirib ki, ərazilərin qısa müddətdə minalardan təmizlənməsi məqsədilə dünyada tətbiq olunan müasir və qabaqcıl texnologiyalardan istifadə edilir. 
 
Onun sözlərinə görə, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyi mühüm əhəmiyyət kəsb edir.
 
2020-ci il noyabrın 10-dan 2024-cü il mayın 28-ə kimi 361 nəfər minaya düşüb, onlardan 68 ölüb, 293-ü yaralanıb.
 
ANAMA tərəfindən 1991-ci ildən bu günə qədər 3440 mina qurbanı qeydə alıb ki, onlardan 358-i uşaq, 38-i qadınlardır.
 
Mayın 20-26-da işğaldan azad olunan 1 164.9 hektar ərazi minalardan təmizlənib. 
   
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 
 
2020-ci il Vətən Müharibəsindən sonra 350 nəfər mina qurbanı olub. 
 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Aygün
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol