Dörd ayda Azərbaycana gələn pakistanlıların sayı açıqlanıb

2023-cü ildə Azərbaycana gələn pakistanlı turistlərin sayı 55 min nəfərə çatıb. 2024-cü ilin ilk dörd ayında bu rəqəm 20 minə yaxın olub. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
"Biz bu gün qardaş xalqımızla humanitar, mədəni və akademik mübadilənin genişləndirilməsinin vacibliyini də vurğuladıq. Bundan əlavə, iki ölkənin ali təhsil müəssisələri və mədəniyyət mərkəzləri, elmi-tədqiqat institutları və beyin mərkəzləri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Biz şadıq ki, həm Azərbaycan, həm də Pakistanın təhsil ocaqlarında müxtəlif mədəniyyət və dil mərkəzləri fəaliyyət göstərir. Bu səfər qardaş ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafı yolunda irəliyə doğru bir addım olacaq"- nazir pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşün yekununa dair keçirilən birgə mətbuat konfransında deyib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























