• $
  • €
  • ₽
  • ₺
  • £

ANAMA hər il 65 ha ərazini minadan təmizləməyi hədəfləyir

ANAMA hər il 65 ha ərazini minadan təmizləməyi hədəfləyir
30.05.2024 12:33
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi hər il 65 hektar ərazini minadan təmizləməyi hədəfləyir. Bunu  ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov deyib. 
 
O bildirib ki, azad olunan ərazilərdə 1 milyondan çox minanın hələ də qaldığı ehtimal edilir. 

"Statistikaya baxsaq, 44 günlük müharibədən sonra 361 nəfər minaya düşüb. 144 mina hadisəsi təmas xəttindən kənarda baş verib. Bu da o deməkdir ki, işğal zamanı minalar həm keçmiş təmas xəttində, həm də keçmiş yaşayış ərazilərində necə gəldi basdırılıb. Hədəfimiz hər il 65 min hektar ərazini təmizləməkdir. Əməliyyatlarda siçovullardan, eləcə də digər texnikalardan istifadə edirik. Biz hətta minatəmizləyən avadanlığın istehsalına da başlamışıq. Çalışırıq ki, bərpa prosesləri tezləşsin və keçmiş məcburi köçkünlər öz evlərinə qayıtsınlar. Bizə dəstək verən bütün tərəfdaşlarımıza təşəkkürümüzü bildiririk”, - Poladov Zəngilanda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransı çərçivəsində keçirilən Ətraf Mühitin Azaldılması üçün Qlobal İmperativlər Panel müzakirəsində bildirib.
 
Prezident İlham Əliyev bildirib ki, bu günə qədər işğaldan azad olmuş rayonlarda 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatdan təmizlənib. 
 
ANAMA tərəfindən 1991-ci ildən bu günə qədər 3440 mina qurbanı qeydə alıb ki, onlardan 358-i uşaq, 38-i qadınlardır.

2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 

Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

Aygün
 
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol