2023-cü il dünyada nə qədər insan edam olunub? - Statistika

2023-cü il dünyada ümumilikdə 1153 edam qeydə alınıb
ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 31% çoxdur. Bu barədə Amnesty İnternational
hesabatında qeyd olunub.
Yaxın Şərqdə ötən il qeydə alınan edamlar son 10 ilin ən yüksək rəqəmləri kimi statistika düşüb.
Edam 16 ölkəni əhatə edib. 2022-ci il bu
ölkələrin sayı 20 olub.
2023-cü il dünyada narkotiklərə görə 508
edam qeydə alınıb. Hesabat dövründə İranda ən azı yaşı 18-dən aşağı olan 5 nəfər cinayətə görə edam edilib.
Hesabat
dövründə edamlar daha çox baş kəsmə, asma, öldürücü inyeksiya və güllələnmə ilə
yadda qalıb.
2023-cü ilin sonunda dünya üzrə ən azı 27 687 nəfər ölüm cəzasına məhkum edilib.
2023-cü ilin sonunda 112 ölkə ölüm hökmünü tamamilə ləğv edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























