Bakı Təşəbbüs Qrupu ilə Tavini Huiraatira Partiyası arasında memarondum imzalanıb - Sədr

Bakı Təşəbbüs Qrupu ilə Fransız Polineziyasının Tavini Huiraatira Partiyası arasında bir sıra sahələri əhatə edən memarondum imzalanıb. Bunu Bakı Təşəbbüs Qrupunun sədri Abbas Abbasov deyib.
"Son Vyana konfrasında siyasi məsələlərdən əlavə Fransız Polineziyasının Tavini Huiraatira Partiyası arasında bir sıra sahələri əhatə edəcək memaroundum imzalanıb. Əminəm ki, bu Pransız Polineziyasına töhvə verəcək. 2013-cü ildən bu yana BMT hər il Fransaya qarşı qətnamələr qəbul edir, amma nəticə yoxdur. Azərbaycanın beynəlxalq təşkilatlarda sərgilədiyi mövqe dekolonizasiya prosesində prosesə töhvə verən amildir”, - Abbasov mayın 30-da Milli Məclisdə Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektuvlər mövzusuna həsr edilmiş konfransda çıxışında bildirib.
Fransa Polineziyası — Fransanın dənizaşırı kollektivliyi və təsisçi ölkəsi cənubi Sakit okeanın mərkəzində yerləşir. Fransız Polineziyası tam olaraq müstəqil siyasətə malik olan dövlət deyil. Belə ki, daxili siyasətdə müstəqil olsalarda, xarici siyasətdə Fransadan asılıdır. Dövləti qubernator idarə edir və həmin qubernator Fransa parlamenti tərəfindən təyin edilir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























