Maohi Nui-də əhalinin illik artımı 500 nəfərə çatır

Maohi Nui-də əhalinin illik artımı 500 nəfərə çatır. Bunu Fransız Polineziyası Assambleyasının Təhsil, Gənclər və İdman Komissiyasının sədr müavini, Dövlət müəssisələri Beynəlxalq məsələlər və Bələdiyyələrlə əlaqələr komissiyasının katibi Tevaipaea HOİORE deyib.
"Əhalimizin sayının azalmasının səbəbi ölümlərin ox olması ilə bağlıdır. Əhalinin illik artımı 500 nəfərə çatır. Doğumların az olmasının səbəbi ölümlərin çox olması ilə bağlıır. Miqrasiya balansı da pozulur. 18-25 yaşlı gənclərimiz ölkəmizi tərk edir. Səbəb isə Fransanın gənclərimizə verdiyi vədlərlə bağlıdır”, - Tevaipaea HOİORE mayın 30-da Milli Məclisdə Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektuvlər mövzusuna həsr edilmiş konfransda çıxışında bildirib.
Fransa Polineziyası — Fransanın dənizaşırı kollektivliyi və təsisçi ölkəsi cənubi Sakit okeanın mərkəzində yerləşir. Fransız Polineziyası tam olaraq müstəqil siyasətə malik olan dövlət deyil. Belə ki, daxili siyasətdə müstəqil olsalarda, xarici siyasətdə Fransadan asılıdır. Dövləti qubernator idarə edir və həmin qubernator Fransa parlamenti tərəfindən təyin edilir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























