Fransa Azərbaycana qarşı 3 dəfə məsələ qaldırıb - Deputat

Fransa İkinci Qarabağ Müharibəsində də Azərbaycana qarşı 3 dəfə məsələ qaldırıb. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
"İllərdir Fransanın müstəmləkəsində yaşayan xalqsınız. Fransa beynəxalq ədalətə xidmət etdiyini söyləyir. Hanı bu prinsiplər? Fransa sadəcə öz niyyətləri üçün proseslərdən istifadə edir. Azərbaycana qarşı da 2020-ci il 3 dəfə məsələ qaldırıb. Sadəcə Qoşulmama Hərəkatına üzv olan dövlət bizi dəstəkləyib. Azərbaycanın Qoşulmama Hərəkatında əsas məqsədlərindən biri də budur ki, müstəmləkə altında qalan ölkələr müstəqil olsun”, - Ziyafət Əsgərov mayın 30-da Milli Məclisdə Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektuvlər mövzusuna həsr edilmiş konfransda çıxışında bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























