“TikTok”da qadınların şəkillərini paylaşan şəxs həbs olunub

Bakıda ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu "TikTok” sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan Nurlan Yusifli 30 sutka inzibati qaydada həbs edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























