• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda internet ucuzlaşır – Yeni tariflər

Azərbaycanda internet ucuzlaşır – Yeni tariflər
30.05.2024 22:41
"Aztelekom" MMC və "Baktelecom" MMC internetin sürətini artırır.
 
Anews.az bu barədə şirkətin saytına istinadla xəbər verir.

Qurumlar iyunun 1-dən etibarən qiymətləri sabit saxlamaqla GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan 30 Mbit/s internet sürətini 40 Mbit/s-ə, 50 Mbit/s internet sürətini isə 60 Mbit/s-ə qədər artıracaq.

"Aztelekom" və "Baktelecom" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən "Onlayn Azərbaycan" layihəsinin əsas tərəfdaşlarındandır.

Layihə çərçivəsində ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə minimum sürəti 35 Mbit/s olan genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.

Azərbaycanda ümumilikdə 2,29 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı təmin edilib. Bu da ölkədə olan təsərrüfatların 78%-ni təşkil edir. Bakı şəhərində isə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 90,2%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb.

Görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.

№
Yeni sürət "Aztelekom"
GPON xidmətləri
Qiymət
1
40 Mbit/s
İnternet - 18AZN
İnternet + telefoniya - 21AZN
İnternet + Rəqəmsal TV - 24AZN
İnternet + Rəqəmsal TV + telefoniya - 27AZN

2
60 Mbit/s
İnternet - 26AZN
İnternet + telefoniya - 29AZN
İnternet + Rəqəmsal TV - 32AZN 
İnternet + Rəqəmsal TV + telefoniya - 35AZN

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol