• $
  • €
  • ₽
  • ₺
  • £

Cari ilin sonuna kimi 20 min keçmiş məcburi köçkün yurdlarına qaytarılacaq

Cari ilin sonuna kimi 20 min keçmiş məcburi köçkün yurdlarına qaytarılacaq
31.05.2024 10:54
2024-cü ilin sonuna kimi 20 min keçmiş məcburi köçkün işğaldan azad olunmuş ərazilərə köçürüləcək. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.
 
"Biz minanın ətraf-mühitə təsirini azaltmağa, təhlükəsiz və "yaşıl" gələcək yaratmağa çalışırıq. Mina fəaliyyətləri xüsusilə münaqişədən sonra çox vacib fəaliyyətdir. İşğaldan azad edilmiş ərazilərdə böyük bir yenidənqurma işləri həyata keçirilir və onların hamısı sıfırdan qurulub. Dünən siz gördünüz ki, sakinlər sıfırdan öz həyatlarına başlayıblar. Ümumilikdə 800 minə yaxın keçmiş məcburi köçkünün öz yurdlarına qayıtması üçün işlər sürətlə davam edir. 20 min keçmiş məcburi köçkün bu ilin sonuna kimi yurdlarına köçürüləcək, ümumilikdə 9 şəhər yenidən qurulacaq. 2021-ci ildən bəri təxminən 7 milyard ABŞ dolları bərpa və yenidənqurma işlərinə yatırılıb”, - o "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransında deyib. 
 
Prezident İlham Əliyev bildirib ki, bu günə qədər işğaldan azad olmuş rayonlarda 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatdan təmizlənib. 
 
ANAMA tərəfindən 1991-ci ildən bu günə qədər 3440 mina qurbanı qeydə alıb ki, onlardan 358-i uşaq, 38-i qadınlardır.

2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 

Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

Aytac

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol