Şəmkirdə məktəb və bağçaların yenidən tikilməsinə ehtiyac var - Deputat/VIDEO

Şəmkirdə bəzi bağçaların və məktəblərin əsaslı təmirə və ya yenidən tikilməsinə ehtiyac var. Bunu deputat Kamran Bayramov deyib.
"Bir neçə gün öncə bununla bağlı seçicilərim müraciət edib. Bir neçə kənddə bağçaların, bir neçə kəndə məktəblərin yenidən bərpa olunmasına ehtiyac var. Həmçinin Daşkəsən Gəncə yolunun da 18 il sonra yenidən bərpa olunması zərurəti yaranıb. Alternativ yol olmadığından da nəqliyyatın hərəkətində problemlər yaranır”, - deputat mayın 31-də Milli Məclisdə çıxışında bildirib.
Bayramov həmçinin Daşkəsəndə peşə məktəbinin təmir olunmasının da vacibliyini bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























