Ötən il Azərbaycanda 33 ana hamiləlik və ya doğuş zamanı ölüb

2023-cü ildə hamiləlik, doğuş və ya zahılıq dövründə 33 ana ölüb ki, bu da əvvəlki illə müqayisədə 15 ana çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
Hesabata görə, ötən il bir yaşına qədər olan 2039 uşaq müxtəlif səbəblərdən ölüb.
Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı son rəqəmlərə görə, hər il dünyada 287 min qadın hamiləlik və ya doğuş zamanı ölür.
Son doqquz ildə isə ana ölümü səviyyəsi 14,4%-dən 17,8% qədər artıb.
Azərbaycanda Səhiyyə Nazirliyinin hesabatına görə, 2016-2021-ci illər arasında ana ölümlərinin sayı 121 nəfər təşkil edib. 2016-ci illə müqayisdə ana ölümlərinin səviyyəsi 13.8-dən 17.8 qədər artıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına görə, dünyada hər iki dəqiqədə bir qadın hamiləlik və ya doğuş zamanı ölür.
2020-ci ildə dünyada təxminən 287 min ana ölümü baş verib.
Ən yüksək ana ölüm göstəriciləri dünyanın ən yoxsul ərazilərində və münaqişəli ölkələrdə baş verir. 2020-ci ildə bütün ana ölümlərinin təxminən 70%-i Saharadan cənubda Afrikada baş verib.
BMT Hesabat müəlliflərinin fikrincə, dünya ictimaiyyəti ana ölümünün azaldılması üzrə qlobal məqsədlərə nail olmaq istiqamətində irəliləyişi əhəmiyyətli dərəcədə sürətləndirməlidir, əks halda 2030-cu ilə qədər daha 1 milyondan çox qadının həyatı risk altında olacaq.

Aygün
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib