• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxın işğaldan azad olunmuş dörd kəndində minatəmizləmə əməliyyatlarına başlanılıb

Qazaxın işğaldan azad olunmuş dörd kəndində minatəmizləmə əməliyyatlarına başlanılıb
31.05.2024 13:02
Qazaxın işğaldan azad olunmuş dörd kəndində minatəmizləmə əməliyyatlarına başlanılıb. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

"Minatəmizləmə texnikaları ilə bağlı onu deyə bilərəm ki, 2021-ci ildən proses başladı, istehsaldan sonra biz minatəmizləmə maşınını dörd ay sınaqdan keçirdik. Bugünkü "Revival-T” və "Revival P” maşınları tank və piyada əleyhinə minatəmizləmədə istifadə olunur və digər texnikalardan heç də geri qalmır.
Texnikalarla yanaşı, minatəmizləmədə heyvanlardan da istifadə olunur, onlar bizim işimizin sürətlənməsinə kömək edirlər. Bu gün səkkiiz ölkə və səkkiz beynəlxalq təşkilat ANAMA-ya minatəmizləmədə dəstək göstərir. Ancaq bu dəstək minatəmizləmə prosesinin cəmi 4,4 faizini təşkil edir.

O bildirib ki, hazırda ANAMA əməkdaşlarının sayı 4 dəfədən çox artıb.
 
"Yeni heyvanların minatəmizləməyə cəlbinə gəldikdə isə hələ ki belə bir məsələ yoxdur. Bərpa-quruculuq işləri necə sürətlə gedirsə, minatəmizləmə də o qədər sürətlə aparılır, biz buna çalışırıq"- əlavə edib.

 Azərbaycan və Ermənitan arasında delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Qazax rayonunun dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlərinin əraziləri mayın 24-də Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb

Aytac
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol