• $
  • €
  • ₽
  • ₺
  • £

Astarada sürüşmə zonaları aktivləşib

Astarada sürüşmə zonaları aktivləşib
31.05.2024 13:37
Güclü yağışlar Astarada sürüşmə zonalarını aktivləşdirib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Şiyəkəran kəndində, "Məscid məhəllə" deyilən ərazidə baş verən torpaq sürüşməsi nəticəsində bir neçə ev üçün təhlükəli vəziyyət yaranıb.

Sakinlərin sözlərinə görə, 3-5 metr cərgədə əkilən sitrus və digər meyvə ağacları torpaq sürüşməsi ilə birlikdə çaya tökülüb.

Onlar bildirirlər ki, əvvəllər sürüşmənin qarşısını almaq üçün çay ətrafında, yamaclarda ağaclar əkiblər. Lakin güclü sel həmin ağacları kökündən qoparıb, aparıb.

Artıq aidiyyəti orqanların nümayəndələri əraziyə baxış keçiriblər.
 
Astara suvarma sistemləri idarəsinin baş mühəndisi Fərid Yusubov bildirib ki, ötən il həmin ərazidə görülən işlər nəticəsində sürüşmənin qarşısını müəyyən qədər almaq olub. Yaxın günlərdə həmin istiqamətdə işlər davam etdiriləcək.

"Sözügedən əraziyə Azərbaycan Su Ehtiyatları Agentliyinin və layihə institutunun nümayəndələri baxış keçiriblər. İlkin olaraq, şəkillər və koordinatlar götürülüb. Layihə smeta sənədlərinin hazırlanması işləri davam etdirilir. Yaxın gələcəkdə həmin ərazidə sahil mühafizə bəndlərinin tikintisi həyata keçiriləcək. Ümumiyyətlə, 650 poqonometr sahil mühafizə bəndlərinin tikintisi planlaşdırılıb", - o qeyd edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol