Aviasərnişinlər üçün sosial şəbəkə

“Virgin America” aviaşirkəti təyyarələrindən istifadə edən aviasərnişinlər üçün sosial şəbəkə təqdim edib.Şirkət nümayəndələrinin sözlərinə görə, şəbəkə sərnişinlərə reys üzrə digər sərnişinlərlə tanış olmaq məqsədilə yaradılıb. Bundan başqa, sərnişinlər işgüzar ünsiyyət üçün rahat alət əldə edəcəklər.Yeni sosial şəbəkə ilə iş üçün “iOS” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğularda “Here On Biz” əlavəsini quraşdırmaq və “LinkedIn”, “Facebook” və ya “Twitter” servislərinin hesablarından istifadə tələb olunur. Bundan sonra 35 min fut hündürlüyündə sosial şəbəkədə ünsiyyət qurmaq, yubanmış yazışmanı isə aeroportda davam etdirmək mümkün olacaq, - "3DNews” yazır. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























