Ötən il ümumi orta təhsili bitirənlərin sayı 10% artıb

2023 -cü ildə ümumi orta təhsili bitirən şagirdlərin sayı 144 623 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 10% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsində qeyd olunub.
Bildirilib ki, ümumi təhsil müəssisələrini bitirən şagirdlərin 144 536-sı əyani, 87-si qiyabi təhsil alıb.
2022-ci ildə 131 641 şagird ümumi orta təhsili bitirib.
Ötən il 98 403 şagird tam orta təhsili bitirib ki, bu da 2022-ci illə müqayisədə 9,3 % və ya 8373 şagird çoxdur.
Tam orta təhsili bitirən şagirdlərin 98 300 -ü əyani, 103-ü qiyabi təhsil alıb.
2023-2024 -cü tədris ilində 4372 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir ki, bura da da təhsil alanların sayı 1675,3 min nəfərdir.
Aygün
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























