Novxanı yolunda ağır qəza baş verib, ölənlər var

Abşeron rayonu Novxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo” xəbər verir ki, sürətlə hərəkətdə olan "Daewoo Gentra” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun əks istiqamətinə keçib və "Socar”a məxsus "Ural” markalı yük maşınına çırpılıb.
Nəticədə minik avtomobilinin sürücüsü 23 yaşlı Fərid İxtixar oğlu Həşimov və sərnişini 35 yaşlı Emin Cahangir oğlu Xudiyev ağır xəsarətlər alaraq hadisə yerində ölüblər.
Qəza yerinə gələn xilasedicilər onların meyitlərini yararsız hala düşmüş avtomobildən çıxararaq təhvil veriblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























