• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorluq ötən gün baş verən partlayışların səbəblərini açıqladı

Prokurorluq ötən gün baş verən partlayışların səbəblərini açıqladı
14.02.2014 15:29

Bakı şəhər Prokurorluğu fevralın 13-də paytaxtda baş vermiş partlayışlarla əlaqədar açıqlama yayıb.

Prokurorluqdan daxil olan məlumatda hadisələrlə bağlı respublikanın hüquq mühafizə orqanları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görüldüyü bildirilib: “Fevralın 13-də saat 16.30 radələrində Xətai rayonu ərazisində “Lukoil Azərbaycan” QSC-nin yanacaqdoldurma məntəqəsində yanacaq məhsullarının saxlanılması üçün nəzərdə tutulan yeraltı dəmir çənlərdə təmir işlərinin aparılması zamanı baş verən  partlayış nəticəsində fəhlələr - Həsrət İmamverdiyev və Şamxal Orucovun ölmələri, Həşim Turabovun isə xəsarət alması faktına görə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsilə cinayət işi başlanıb.

 

İlkin araşdırma ilə partlayışın neft məhsullarının qapalı mühitdə buxarlanmasından yaranan təhlükəli hava-qaz qarışığının alışmasından baş verməsi ehtimal olunur”.

 

Həmin gün saat 11 radələrində Binəqədi rayonu ərazisində yarımçıq tikilinin zirzəmisində baş verən partlayışla bağlı isə bunlar bildirilib: “İlkin araşdırmalarla qaz sızmasından baş verməsi ehtimal edilən partlayış nəticəsində  Binəqədi rayon sakinləri - Fillurə Budaqova,  Afiyət İbadova, Tamella Səfərova, Şücayət Qədimova və Tərlan Kazımov müxtəlif dərəcəli xəsarətləri alıb, avtomobil, yaşayış binası və ticarət obyektlərinə zərər dəyib. Həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

 

Xəsarət almış şəxslər dərhal xəstəxanalara yerləşdirilərək onlara ilkin tibbi yardım göstərilib. Hadisələrin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə cinayət işləri üzrə zəruri ekspertizalar təyin edilmiş və hazırda istintaq tədbirləri davam etdirilir”. 

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol