Son 6 ildə məşğulluq xidmətləri orqanları tərəfindən işlə təmin edilənlərin sayı açıqlanıb

Son
6 ildə məşğulluq xidmətləri orqanları tərəfindən 545 minə
yaxın çox şəxs işlə təmin edilib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentdə iyunun 3-də "Məşğulluq haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, 131 mindən çox şəxs haqqı ödənilən ictimai işlərdə müvəqqəti məşğulluqla təmin edilib. 80 minə yaxın şəxs özünüməşğulluq proqramına, 78 791 nəfər özünüməşğulluq proqramına, 27 386 nəfər isə peşə hazırlığına, 2 624 nəfər əməkhaqqının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramına cəlb edilmişdir, bununla yanaşı məşğulluq xidməti orqanları tərəfindən hər il 290 minə yaxın şəxsə peşə yönümü məsləhət xidmətləri göstərilib",o əlavə edib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























