• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda hər 18 min nəfərə bir ambulans maşını düşür - Zahid Oruc

Bakıda hər 18 min nəfərə bir ambulans maşını düşür -  Zahid Oruc
07.06.2024 20:38
Bakıda 18 min nəfərə bir ambulans maşını düşür. Bunu deputat Zahid Oruc deyib. 

"Hazırda ambulans çatızmazlığı və tibbi yardımın gecikməsi problemi var. . Bakıda 139 ambulas fəaliyyət göstərir. Rəsmi statistikaya görə, paytaxtda 2,5 milyon nəfərin yaşadığın nəzərə alsaq, hər 18 min nəfərə bir ambulans düşür. Yolların da tıxac olduğunu bunun üzərinə gəlsək onlar zamanında xəstə üstünə gedə bilmir.  Tiblisidə əhali sayı 1,2 milyon nəfərdir, amma orada təcili yardım maşınlarının sayı 200-dür”, - deputat mayın 31-də Milli Məclisdə çıxışında bildirib. 
 
Onun fikrincə, araşdırmalar və statistik rəqəmlər göstərir ki, ərazilərə paylanan təcili yardım briqadalarının sayı həmin rayon əhalisinin sayına uyğun deyil.  
 
Bakının tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. 139-u 12 rayona bölsək, hər rayona təxminən 10-11 təcili yardım avtomobili düşür. Rayonlara daxil olan ən azı 5, ən çoxu 12 qəsəbəni və əhali sayını nəzərə alsaq, hər qəsəbəyə təxminən 1 və ya 2  təcili yardım briqadasının düşdüyü görünür. 
 
Amma Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) millət vəkilinin gətirdiyi statistikanı səhv adlandıraraq bildirir ki,  ölkədə icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 təcili tibbi yardım avtomobili alınaraq ehtiyaca uyğun olaraq periferiya üzrə paylanılıb. 
 
"Bakı  üzrə gündəlik olaraq 120-130 civarında ambulans xəttə buraxılır. Əlamətdar günlərdə, beynəlxalq və yerli genişmiqyaslı tədbirlər zamanı bu say 150-dək artırılır. Gün ərzində icra olunan çağırışların sayı 2 000-2 500 olur. Onların arasında kifayət  sayda əsassız çağırışlar (təxminən 10-15 faiz) da qeydə alınır",  - TƏBİB-dən Anews-a daxil olan açıqlamada bildirilib. 

İcbari Tibbi Sigorta üzrə Dövlət Agentliyinin məlumatına görə, 2020-ci ildən icbari tibbi sığortanın tətbiqindən sonra Agentlik tərəfindən ümumilikdə 349 ambulans alınıb. Bunlar arasında sadə differensiallı, psixiatrik, reanomobil, portativ rentgen aparatlı və perinatal küvəzli ambulanslar da var. 
 
2022-ci ildə İcbari Tibbi Sigorta üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycana 8 milyon manat dəyərində yeni 65 ədəd təcili tibbi yardım avtomobili gətirilib. 
 
2023-cü ilin iyulunda Yaponiya hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində icra olunan "Qazax və Samux rayonlarına təcili tibbi yardım avtomobillərinin verilməsi" layihəsinin təqdimat mərasimində Yaponiya hökuməti 88 min 996 ABŞ dolları (150 min 404 manat) məbləğində qrant ayırıb.
 
Daha öncə BMT-nin İnkişaf Proqramı çərçivəsində QİÇS-lə Mübarizə Mərkəzinə üç ədəd ixtisaslaşdırılmış tibbi nəqliyyat vasitəsi verilib.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol