“Qarayara” təhlükəsi ilə bağlı rəsmi qurumlar məlumat yayıb

Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində "Qarayara” diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar.Bu barədə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə yaydığı məlumatda bildirilib.
Qeyd olunur ki, xəstələrdən birində "Qarayara” diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. Digər iki şəxsdən isə "Qarayara” şübhəsi ilə laborator müayinə üçün nümunələr götürülüb və onlar Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























