• $
  • €
  • ₽
  • ₺
  • £

Masazırda yanğın olub, 62 nəfər təxliyə edilib - Video

Masazırda yanğın olub, 62 nəfər təxliyə edilib - Video
09.06.2024 10:32
Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən "Qurtuluş-93” yaşayış kompleksində yanğın olub.Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub”, – məlumatda qeyd olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən altımərtəbəli mansard tipli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə yanğın baş verdiyi və genişlənərək digər mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib:

"Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.

Məlumata görə, yanğın nəticəsində altımərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastik qapısı, dəhlizin üzlüyü və tavanı 5 m² sahədə deformasiya edib. Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i azyaşlı olmaqla 62 nəfər bina sakini təxliyə edilib. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol