Qohum evlilikləri beynəlxalq səviyyədə problemlər yarada bilər- Rəşad Mahmudov

Qohum evliliklərinin qadağan olunması beynəlxalq səviyyədə insanların hüquq və seçim azadlıqlarının əlindən alınması kimi qiymətləndirilə bilər. Bunu deputat Rəşad Mahmudov deyib.
"Bu məsələ beynəlxalq səviyyədə problemlər yarada bilər. Burada insanların hüquq və azadlıqları iki yerə ayrılacaq.Bu məsələdə insanların maarifləndirilməsinə mane olacaq hal yarana bilər”, - deputat iyunun 11-də iyunun 11-də Milli Məclisin Ailə,Qadın və Uşaq komitəsinin iclasında Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən deyib.
www.anews.az

Deputat Nurlan Həsənli Mahmudova cavab verərək bildirib ki, qohum nikahlarının qadağan olunması başqa ölkələrin praktikasında var. Hüquqi baxımdan hər hansı problem yaratması gözlənilən deyil.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib